"Mançestr City" bu rekordu təzələdi

"Mançestr City" bu rekordu təzələdi

İngiltərənin "Mançester Siti" klubu "Liverpul"un rekordunu təkrarlayıb.

"Şəhərlilər" buna "Lids"i 7:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XVII tur oyununda nail olub.

Komanda 2021-ci ildə çempionatda 33-cü qələbəsini qazanıb. Mersisayd təmsilçisi 1982-ci ildə bunu bacara bilib.

Bundan əlavə, "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola da yeni rekorda imza atıb. Komanda onun rəhbərliyi altında Premyer Liqada 500-cü qolu vurub. "şəhərlilər" buna 207-ci görüşdə çatıb. Əvvəlki rekord "Liverpul"a rəhbərlik edən Yurgen Kloppa məxsus idi. Son ölkə çempionu almaniyalı mütəxəssislə 234 qarşılaşmada 500 dəfə fərqlənib.

скачать dle 12.1
Geri qayıt