"Tottenhem"in oyunu təxirə salındı- SƏBƏB?

"Tottenhem"in oyunu təxirə salındı- SƏBƏB?

İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilməli olan "Brayton" - "Tottenhem" matçı koronavirusa görə təxirə salınıb.

Bu barədə London klubunun mətbuat xidmətindən bildiriblər.

 

Məlumata əsasən, dekabrın 12-si keçirilməli olan matçın yeni vaxt hələ müəyyən edilməyib.

Xatırladaq ki, ötən gün "Tottenhem"in heyətində 8 futbolçuda və 5 klub əməkdaşında koronavirusa yoluxma halı qeydə alınıb.

скачать dle 12.1
Geri qayıt