“Qarabağ”ın “Kayrat” üzərində əzmkar QƏLƏBƏSİ

UEFA Konfrans Liqasının qrup mərhələsinin üçüncü turunda "Qarabağ” doğma meydanda "Kayrat”ı məğlub edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda start götürən oyunda "Kayrat" hesabı açıb. Qonaq klubun qolunu 19-cu dəqiqədə onbir metrlik cərimə zərbəsindən Jose Kante vurub. Matçın 79-cu dəqiqəsində Ramil Şeydayev hesabı bərabərləşdirməyə nail olub. Görüşün 90+1-ci dəqiqəsində Abbas Hüseynov komandasının ikinci qolunu vuraraq "Qarabağ"ı hesabda irəli keçirib.
"Qarabağ” (Azərbaycan) – "Kayrat” (Qazaxıstan) - 2:1
Qol: Kante, 19-pen. (0:1), Ramil Şeydayev, 79 (1:1), Abbas Hüseynov, 90+1 (2:1)
Beləliklə, 2:1 hesabı ilə qələbə qazanan "Qarabağ" xallarının sayını 7-ə çatdırıb, "Kayrat"ın isə 1 xalı var.