Millətlər Liqası: Çoxqollu HESAB

Millətlər Liqası: Çoxqollu HESAB
UEFA Millətlər Liqasında ikinci finalçının adı bəlli olub.
Avromedia.az xəbər verir ki, yarımfinal görüşündə Belçika və Fransa yığmaları üz-üzə gəlib.
Oyunda hesab 37-ci dəqiqədə açılıb. Belçikanın heyətində Yannik Karrasko fərqlənib. Bu qoldan cəmi 3 dəqiqə sonra Romelu Lukaku fərqi 2 topa çatdırıb. Birinci hissə bu hesabla başa çatıb. 62-ci dəqiqədə Fransa millisinin hücumçusu Kərim Benzema buraxılan qollardan birinin əvəzini çıxıb. 7 dəqiqə sonra Kilian Mbappe penaltidən vurduğu qolla tarazlığı bərpa edib. Matçın 90-cı dəqiqəsində fransalı Teo Ernandes komandasının qələbə qoluna imza atıb - 2-3.
Bu nəticə ilə Fransa finalda İspaniyanın rəqibi olub. Final matçı oktyabrın 10-da keçiriləcək.
скачать dle 12.1
Geri qayıt