Azərbaycan yığması Ermənistana qalib gəldi

Azərbaycan yığması Ermənistana qalib gəldi

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında stolüstü tennis üzrə Azərbaycan yığması mübarizəyə başlayıb.

GunAz.az Report-a istinadən xəbər verir ki, ilk yarış günündə kişilərdən ibarət milli üzvləri 3 görüşə çıxıb. 2-ci qrupda yer alan kollektiv ilk görüşündə Qırğızıstana 3:0 hesabı ilə qalib gəlib. Növbəti görüşdə yığma Rusiyaya eyni hesabla uduzsa da, daha sonra Ermənistanı yenməyi bacarıb - 4:1.

Qızlardan ibarət komanda isə ilk görüşündə Belarusa uduzub - 0:3.


скачать dle 12.1
Geri qayıt