"Qarabağ"ın oyununda yıxılan azarkeş öldü

"Qarabağ"ın oyununda yıxılan azarkeş öldü

Şotlandiyada "Aberdin" və "Qarabağ" arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu zamanı yıxılan yerli komandanın azarkeşi Uotson Smit dünyasını dəyişib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Aberdin təmsilçisinin qatı tərəfdarı olan 71 yaşlı fanat müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, "Pittodri" stadionunda baş tutan "Aberdin" - "Qarabağ" görüşü Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə bitib. Bakıdakı ilk qarşılaşmada da rəqibini məğlub edən (1:0) "köhlən atlar" qrup mərhələsinə vəsiqə qazanıb.

скачать dle 12.1
Geri qayıt