Konfrans Liqası: “Neftçi” və “Qarabağ”ın növbəti rəqibləri müəyyənləşib
Azərbyacanı avrokuboklarda təmsil edən "Neftçi” və "Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.
Bu, III təsnifat mərhələsinin qarşılaşmalarından sonra məlum olub.
Avropa Liqasında mübarizəni dayandıran "Neftçi” Konfrans Liqasının qrup mərhələsinə düşmək üçün İsrailin "Makkabi” (Hayfa) komandasını üstələməyi bacarmalıdır. "Makkabi” evdə 7:2 hesabı ilə məğlubiyyətə uğratdığı "Torshavn"a Farer adalarında minimal hesabla yenilərək, mərhələ adlayıb.
"Qarabağ” isə Şotlandiya "Aberdin”i ilə üz-üzə gələcək. "Aberdin” İslandiyada 3:2 hesabı ilə yendiyi "Breydablik”ə öz meydanında da qalib gəlib - 2:1.
Qeyd edək ki, "Qarabağ” və "Neftçi” ilk oyunlarını avqustun 19-da öz meydanında keçirməlidir. Lakin bu halda matçların tarixində dəyişikliyin ediləcəyi gözlənilir. Cavab görüşləri isə avqustun 26-da keçiriləcək.