Fransa super kubokunun qalibi bəlli oldu

Fransa super kubokunun qalibi bəlli oldu

Futbol üzrə Fransa super kubokunun qalibi müəyyənləşib.

Görüşdə son çempion "Lill” və liqanın gümüş mükafatçısı PSJ klubları qarşılaşıb.

Gərgin keçən görüşün taleyini bir qol həll edib. Matçın 45-ci dəqiqəsində "Lill" klubunun yarımmüdafiəçisi Şeka fərqlənərək komandasına yeni mövsümdə ilk kuboku qazandırıb. Beləliklə, "Lill” klubu ilk dəfə Super Kubokun qalibi olub.

Qeyd edək ki, ötən mövsümdə 83 xal toplayan "Lill" klubu tarixində dördüncü dəfə Fransa çempionu adını qazanıb.

скачать dle 12.1
Geri qayıt