Avro-2020: Çexiya və Danimarka millisi Bakıda - Foto

Futbol üzrə Çexiya millisi Avropa çempionatının dörddəbir final mərhələsində Danimarkaya qarşı keçirəcəyi oyun üçün Bakıya gəlib.
GunAz.az AFFA-ya istinadən xəbər verir ki, axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna çatan Yaroslav Şilqavının baş məşqçisi olduğu komanda "Hilton" otelində qalacaq. Növbəti gün yığmanın Bakı Olimpiya Stadionunda məşqi nəzərdə tutulub.
***
Danimarka millisi də artıq Bakıdadır.
Yığmanı gətirən təyyarə axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Kasper Hülmandın baş məşqçi olduğu komanda "Hyatt" otelində qalacaq. Sabah yığmanın Bakı Olimpiya Stadionunda məşqi nəzərdə tutulub.
Qeyd edək ki, iyulun 3-də keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.