Çempionlar Liqası: "Neftçi"nin rəqibləri bəlli oldu - SİYAHI
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Neftçi" komandasının I təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.
GunAz.az-ın məlumatına görə, səpələnməmişlər sırasında yer alan ölkə çempionu 15 komandadan biri ilə üz-üzə gələcək.
Ermənistan təmsilçisi "Alaşkert" səpələnmişlər səbətində yer alsa da, "ağ-qaralar"a rəqib olmayacaq.
Səpələnməmişlər: "Riqa" (Latviya), HİK (Helsinki, Finlandiya), "Linfild” (Şimali İrlandiya), "Fola Eş” (Lüksemburq), "Şaxtyor" (Soliqorsk, Belarus), "Neftçi" (Azərbaycan), "Makkabi" (Hayfa, İsrail), "Konnas-Ki Nomads" (Uels), "Şemrok Rovers" (İrlandiya), "Valür" (İslandiya), "Bude Qlimt” (Norveç), "Mura" (Sloveniya), "Teuta" (Albaniya), İlkin mərhələnin qalibi, "Borars" (Banya-Luka, Bosniya və Herseqovina), "Hamrun Spartans” (Malta)
Qeyd edək ki, ilk 2 təsnifat mərhələsinin püşkü iyunun 15-16-da atılacaq.Report