UEFA Zlatan İbrahimoviçə qarşı istintaqa başlayıb

UEFA Zlatan İbrahimoviçə qarşı istintaqa başlayıb

UEFA "Milan”ın və İsveç yığmasının hücumçusu Zlatan İbrahimoviçə qarşı istintaqa başlayıb.

Təşkilatdan verilən xəbərə görə, UEFA İntizam Reqlamentinin 31-ci maddəsinin 4-cü bəndinə əsasən, 39 yaşlı forvardın bukmeker kontorunda maddi maraqlarının olması iddiasıyla əlaqədar məsələnin araşdırılması üçün müfəttiş təyin olunub.

 

FİFA və UEFA-nın qaydalarına görə, əgər futbolçuların bukmeker kontorlarında hər hansı bir maraqları varsa, onlar adıçəkilən təşkilatların himayəsi altıındakı yarışlara qatıla bilməzlər. Bu tələbin pozulmasına görə isə futbolçunun 3 ilə qədər futboldan kənarlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci ildən etibarən "Bethard” bukmeker kontorunun 10 faizi İbrahimoviçə məxsus "Unknown AB” şirkətinə aiddir.

скачать dle 12.1
Geri qayıt