Millimizin Avropa çempionatından qazancı: Cəmi iki “bürünc” oldu

Millimizin Avropa çempionatından qazancı: Cəmi iki “bürünc” oldu

Azərbaycanın cüdo millisi Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatını cəmi iki medalla başa vurub.

GunAz.az xəbər verir ki, bu gün osetin əsilli cüdoçumuz Zelim Kostoyev (-100 kq) bürünc medal görüşündə Rusiyanı təmsil edən həmyerlisi Niyaz İlyasova ipponla qalib gəlib.

 

Bu gün tatamiyə çıxanlardan Elmar Qasımov (-100 kq), Uşanqi Kokauri (+100 kq) və İrina Kindzerskaya (+78 kq) ilk görüşdə uduzaraq mübarizəni dayandırıb.

Beləliklə, Azərbaycan millisi Avropa çempionatını iki bürünc medalla başa vurub. Daha əvvəl Kəramət Hüseynov (-60 kq) da fəxri kürsüyə qalxıb.


скачать dle 12.1
Geri qayıt