“Bavariya”dan SENSASİYA, “Çelsi”dən qələbə

UEFA Çempionlar Liqasında 1/4 finalın daha 2 görüşü baş tutub.
GunAz.az xəbər verir ki, "Bavariya” PSJ-ni qonaq edib. Paris təmsilçisi bu oyunda səfər qələbəsinə sevinib.
"Portu” isə İspaniyada "Çelsi” ilə üz-üzə gəlib. Qarşılaşma ingilislərin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunları aprelin 14-ü keçiriləcək.
Çempionlar Liqası, 1/4 final
İlk oyunlar
23:00. "Bavariya" (Almaniya) - PSJ (Fransa) - 2:3
Qollar: Mbappe, 3 (0:1), Markinyos, 28 (0:2), Şupo-Motinq, 37 (1:2), Müller, 60 (2:2), Mbappe, 68 (2:3)
23:00. "Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə) - 0:2
Qollar: Mount, 32, Çilvell, 85