"Fənərbağça"da kütləvi yoluxma

Türkiyənin "Fənərbağça” komandasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.
GünAz.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin 4 futbolçusunda test nəticələri müsbət çıxıb.
Oyunçuların adları açıqlanmayıb. Dərhal karantinə alınan futbolçuların müalicəsinə başlanılıb.