“Fənərbaxça” avtoqolla qalib gəlib liderliyə yüksəldi

“Fənərbaxça” avtoqolla qalib gəlib liderliyə yüksəldi

Türkiyə Super Liqasında XXII turun daha dörd oyunu keçirilib.

İkinci oyun günü son çempionun darmadağını ilə əlamətdar olub.

"Hatayspor”la qarşılaşan "Başakşəhər” öz meydanında beş qola üzülüb.

 

"Kayserispor” "Kasımpaşa” üzərində son dəqiqə qolu ilə səfər qələbəsi qazanıb.

"Fənərbaxça” isə "Rizəspor”la qarşılaşmada avtoqolla qələbə qazanıb və liderliyə yüksəlib.

"Alanyaspor” – "Sivasspor” oyunu isə güclü yağış səbəbindən yarımçıq dayandırılıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Türkiyə Super Liqası
XXII tur
30 yanvar

"Kasımpaşa” – "Kayserispor” – 0:1
Qol: Demirok, 90+4

"Alanyaspor” – "Sivasspor” – 1:0 (yarımçıq dayandırılıb)
Qol: Aksoy, 14

"Başakşəhər” – "Hatayspor” – 1:5
Qollar: Kamara, 80 (avtoqol) - Diuf, 11, 57, David, 21 (pen.), Bupendza, 43 (pen.), 68

"Fənərbaxça” – "Rizəspor” – 1:0
Qol: Akkan, 45+1 (avtoqol)


скачать dle 12.1
Geri qayıt