“Sabah” - “Səbail” matçı koronavirusa görə təxirə salındı
Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turunun "Sabah” – "Səbail” oyunu təxirə salınıb.
Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, "Sabah” – "Səbail” oyunu bəzi futbolçuların yenidən COVİD-19 testindən keçəcəyi üçün 21.11.2020 tarixdə baş tutmayacaq.
Oyunun tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.