ÇL-da növbəti sınaq: “Başakşəhər”in ev SINAĞI
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci tura start veriləcək.
GunAz.az-ın məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 görüş keçiriləcək. Turnirin son qalibi Almaniya "Bavariya"sı Moskvada Rusiyanın "Lokomotiv" komandasının qonağı olacaq. A qrupunun digər görüşündə "Atletiko" İspaniyada Avstriya "Zaltsburq"unu qəbul edəcək.
İlk turda məğlub olan İspaniyanın "Real Madrid" komandası Almaniyada Mönhenqladbax "Borussiya”sı ilə üz-üzə gələcək. İtaliya "İnter"i isə Ukraynada "Şaxtyor"la qarşılaşacaq.
Xal durumu: "Bavariya” - 3, "Lokomotiv” - 1, "Zaltsburq” - 1, "Atletiko” - 0
Xal durumu: "Şaxtyor” - 3, "Borussiya” - 1, "İnter” - 1, "Real Madrid” - 0
Xal durumu: "Mançester Siti” - 3, "Olimpiakos” - 3, "Portu” - 0, "Marsel” - 0
Xal durumu: "Atalanta” - 3, "Liverpul” - 3, "Ayaks” - 0, "Midtüllann” - 0