“Qarabağ”ın pley-offdakı rəqibləri bəlli oldu
Bu gün Avroliqanın pley-off mərhələsinin püşkü atılıb.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilən mərasimdə yeganə təmsilçimiz "Qarabağ"ın da potensial rəqibləri müəyyənləşib.
Ağdam klubu "Legiya” (Polşa) – "Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq.
"Qarabağ" bir oyundan ibarət olacaq bu mərhələnin matçını səfərdə keçirəcək.
Qeyd edək ki, 3-cü təsnifat mərhələsi sentyabrın 24-də, pley-off oktyabrın 1-də keçiriləcək.