"Neftçi" "Sumqayıt"la bacarmadı, "Qarabağ" "Keşlə"yə qarşı

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.
GunAz.az xəbər verir ki, günün ilk matçında "Neftçi" öz meydanında "Sumqayıt"ı qəbul edib.
Görüşdə "Sumqayıt"ın iranlı hücumçusu Əli Qurbani matçın 14-cü dəqiqəsində fərqlənib. Forvard 46-cı dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb.
Matç qonaqların 2-0 qələbəsi ilə yekunlaşıb.
Hazırda günün digər matçında son çempion "Qarabağ" səfərdə "Keşlə" ilə üz-üzə gəlir.