Millətlər Liqası: Almaniya və Türkiyə yenə qələbəyə həsrət qaldı

Millətlər Liqası:  Almaniya və Türkiyə yenə qələbəyə həsrət qaldı

UEFA Millətlər Liqası davam edir.

GunAz.az xəbər verir ki, ötən gün 10 oyun keçirilib.

B liqasında mübarizə aparan Türkiyə səfərdə Serbiya ilə üz-üzə gəlib. İlk turda uduzan rəqiblərin duelində qalib müəyyənləşməyib. Rusiya isə Macarıstana qalib gəlib.

Bu liqanın digər qrupunda Uels ikinci qələbəsini Bolqarıstan üzərində qazanıb. İrlandiya isə Finlandiyaya uduzub.

Ən güclülərin yer aldığı A liqasında İspaniya Ukraynanı darmdağın edib – 4:0. Almaniya isə yenə xal itirib. Bundestim İsveçrə ilə bacarmayıb – 1:1.

C liqasında Sloveniya Moldovaya, Yunanıstan isə Kosovoya qalib gəlib.

D liqasında Andorra ilə qarşılaşan Farer adaları ikinci qələbəsini bayram edib. Malta Latviya ilə heç-heçə oynayıb.

Qeyd edək ki, tura sentyabrın 8-də yekun vurulacaq.
 

Millətlər Liqası
II tur
6 sentyabr

B liqası, 4-cü qrup
Uels – Bolqarıstan - 1:0
Qol: 
Uilyams, 90+4

İrlandiya – Finlandiya - 0:1
Qol: 
Yensen, 64

D liqası, 1-ci qrup
Andorra – Farer adaları - 0:1
Qol: 
Olsen, 31

Malta – Latviya - 1:1
Qollar: 
Nvoko, 15 - Gillaumer, 25 (avtoqol)

B liqası, 3-cü qrup
Macarıstan - Rusiya - 2:3
Qollar: 
Sallai, 62, Nikoliçs, 70 - Mirançuk, 15, Ozdoyev, 34, Fernandes, 46

C liqası, 3-cü qrup
Sloveniya – Moldova - 1:0
Qol: 
Bohar, 28

Kosovo – Yunanıstan - 1:2
Qollar: 
Berişa, 82 - Limnios, 2, Siovas, 51

A liqası, 4-cü qrup

İspaniya – Ukrayna - 4:0

Qollar: Serxio Ramos, 3 (pen.), 29, Fati, 32, Torres, 84

İsveçrə - Almaniya - 1:1
Qollar: Vidmer, 58 – İlkay Gündoğan, 14

скачать dle 12.1
Geri qayıt