Futbolçularımız bu brendin kostyumlarını geyinəcək

Futbolçularımız bu brendin kostyumlarını geyinəcək

AFFA və "Kiğılı” kişi geyim brendi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

AFFA-dan verilən məlumata görə, 2022-ci ilin sonunadək bağlanacaq müqavilə əsasında Azərbaycan milli komandasının üzvləri "Kiğılı” brendinə məxsus kostyumlarla təmin olunacaqlar.

COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar imzalanma mərasiminin qarşıdakı həftələrdə keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, "Kiğılı” şirkəti 1938-ci ildə parça satmaq məqsədi ilə qurulub və 1965-ci ildə ilk geyim satış mağazasını həmin dövrün ən məşhur alış-veriş mərkəzlərindən olan İstanbulun İstiqlal küçəsində açıb. Qısa zamanda Türkiyənin ən öndə gedən geyim markalarından birinə çevrilmiş "Kiğılı” ölkə xaricində də fəaliyyətini uğurla davam etdirir.

скачать dle 12.1
Geri qayıt