Azərbaycanda daha bir turnir başlayır: Tarix açıqlandı

AFFA-nın təşkilatçılığı ilə keçirilən Gənclər Liqası turnirinin (U-19 yaş qrupu) 2020/2021-ci il mövsümünə oktyabrın 3-də start verilməsi planlaşdırılır.
Bu barədə AFFA-nın saytı məlumat yayıb.
Bununla əlaqədar sabahdan etibarən liqada iştirak etmək istəyən komandalar qeydiyyatdan keçmək üçün müraciət edə bilər. Əvvəlki illərdə Gənclər Liqasında iştirak etmiş komandalar müraciətini Qeydiyyat və Statistika şöbəsinə ([email protected]), yeni qoşulmaq istəyən komandalar isə Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinə ([email protected]) ünvanlamalıdır.
Komandalar Gənclər Liqasının əsasnaməsinin müddəalarına uyğun müraciət edə bilərlər.