Qattuzo bu klubun baş məşqçisi oldu
Karlo Ançelottinin istefaya göndərilməsindən "Napoli"nin yeni baş məşqçisi Cennaro Qattuzo təyin edilib.
GunAz.az xəbər verir ki, müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, C.Qattuzonun son klubu "Milan" olub. O, ötən mövsümün sonuna yaxın İtaliya təmsilçisində istefa vermişdi.