Qadın idmançımız qədim TÜRK DÖYÜŞÜNDƏ

Qadın idmançımız qədim TÜRK DÖYÜŞÜNDƏ

Qadın idmançımız növbəti döyüşünə hazırlaşır Dünya çempionumuz Nigar Qəniyeva 22-23-24 noyabrda Bakıda keçiriləcək Alpaqut Turan Döyüş sənəti üzrə dünya çempionatında bir daha ölkəmizi təmsil edəcək. Qeyd edək ki, fəxrimiz 16-17 mart 2013-cü il tarixində Fransada keçirilən Pencak-Silat döyüş növü üzrə Avropa Çempionatında 3-cü yer, 29-30 iyun 2013-cü il tarixində Ukraynada keçirilən Avrasiya Kubokunda 1-ci yer və 24-25 noyabr 2018-ci il tarixlərdə Alpaqut Turan döyüş sənəti üzrə dünya çempionatında 1-ci yeri tutaraq bayrağımızı dalğalandırmışdır. Qısa söhbətimiz zamanı idman kariyerası boyunca Azərbaycan bayrağını hər zaman zirvələrdə tutacağını,hər bir qələbəsini Azərbaycan xalqına hədiyyə etdiyini bildirdi.

Vəli Ədib

 

 

скачать dle 12.1
Geri qayıt