Futbol millimiz xorvatları büdrətdiyi üçün dünya reytinqində irəliləyəcək

Futbol millimiz xorvatları büdrətdiyi üçün dünya reytinqində irəliləyəcək

Futbol millimiz dünya reytinqində irəliləyəcək.

GunAz.az-ın xəbərinə görə, komandamız dünya ikincisi Xorvatiya ilə 1:1 oynadığından, bu, komandamızın reytinqdə irəliləməsinə səbəb olacaq. 

Xorvatiya hazırda iyulun 25-də FIFA-nın açıqladığı dünya reytinqində 1625 xalla VII sıradadır. Millimiz isə 1188 xalla Bəhreynlə 109-cu sıranı bölüşür. Dünya reytinqinin ilk "onluğ"unda yerləşən Xorvatiyanı büdrətməsi yığmamızın reytinqdə irəliləməsi deməkdir.

Qeyd edək ki, növbəti reytinq cədvəlinin sentyabrın ortalarında açıqlanacağı gözlənilir.

скачать dle 12.1
Geri qayıt