Millimiz Rumıniyanı məğlub etdi

Millimiz Rumıniyanı məğlub etdi

Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Super Finalında (European Beach Soccer League) növbəti oyununu keçirib.

GunAz.az xəbər verir ki, Rumıniya yığması ilə qarşılaşan komanda 2:1 hesabı ilə qələbə qazanıb. Yığmanın qollarını Sabir Allahquliyev və Amid Nəzərov vurub.

Azərbaycan millisi sabah Çexiya ilə qarşılaşacaq.

скачать dle 12.1
Geri qayıt