Çempionlar Liqası: "Qarabağ" növbəti mərhələdə

Çempionlar Liqası: "Qarabağ" növbəti mərhələdə

Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilir.

GunAz.az bildirir ki, Azərbaycanın "Qarabağ" klubu Bakıda Albaniyanın "Partizani" klubunu qəbul edib.

Oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın 51-ci dəqiqəsində Filip Ozobiç, 90+4-cü dəqiqəsində isə Dani Kintana fərqləniblər.

Beləliklə, "Qarabağ" klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib.

скачать dle 12.1
Geri qayıt