"Qarabağ" legioner futbolçusu ilə vidalaşdı

"Qarabağ" legioner futbolçusu ilə vidalaşdı

“Qarabağ” futbolçusu Donald Gerye ilə yollarını ayırıb.

GunAz.az xəbər verir ki, haitili cinah oyunçusu razılaşdırılmış vaxtda Ağdam təmsilçisinin düşərgəsinə qayıtmayıb. O, təlim-məşq toplanışı ilə yanaşı Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə ilk matçda iştirak etməyib.

Bu səbəbdən də legioner futbolçu müqavilənin müddətinin uzadılmamasına qərar verilib.

Qeyd edək ki, Gerye 2017-ci ilin yayından "Qarabağ"da çıxış edirdi.

N.SAFURA

скачать dle 12.1
Geri qayıt