“Qarabağ” mübarizəyə başlayır

“Qarabağ” mübarizəyə başlayır

Bu gün son Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayacaq.

GunAz.az xəbər verir ki, Ağdam təmsilçisi Albaniyada “Partizani”nin qonağı olacaq. Qarşılaşmanı İslandiyadan olan referi Polvardur Arnason idarə edəcək.

Tirananın Selman Stermesi stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

10 iyul

19:30. “Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan)

 

скачать dle 12.1
Geri qayıt