"Səbail" böyük hesabla uduzdu

"Səbail" böyük hesabla uduzdu

Bolqarıstanın Bransko şəhərində təlim-məşq toplanışını davam etdirən "Səbail" bu gün növbəti yoxlama oyununa çıxıb.

GunAz.az qol.az-a istinadən xəbər verir ki, "dənizçilər" ikinci sınağında yerli "Beroe" klubu ilə qarşılaşıb. Görüş rəqibin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, "Səbail" ilk qarşılaşmasında Plovdiv "Lokomotiv"inə 0:1 hesabı ilə uduzub.

Yoxlama oyunu

25 iyun

19:00. "Səbail" - "Beroe" (Bolqarıstan) - 0:4

скачать dle 12.1
Geri qayıt