UEFA "Neftçi"nin matçı ilə bağlı dəyişiklik etdi
Bu gün UEFA Çempionlar Liqasının 1-ci mərhələsinin püşkatması keçirilib.
GunAz.az xəbər verir ki, İsveçrənın Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə əsasən Azərbaycan çempionu "Qarabağ"ın rəqibi müəyyənləşib.
Ağdam təmsilçisi 1-ci mərhələdə Albaniyanın "Partizani" klubu ilə qarşılaşacaq.
"Qarabağ" ilk oyununu səfərdə keçirəcək.
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-10-u, cavab qarşılaşmaları isə 16-17-də keçiriləcək.
***
Avropa Liqasının 1-ci mərhələsinin püşkatması keçirilib.
Püşkatmanın nəticəsinə əsasən, "Neftçi" və "Səbail" komandalarının rəqibləri məlum olub.
"Neftçi" 1-ci mərhələdə Moldovanın "Sperantsa" (Nisporen) klubu ilə qarşılaşacaq.
"Səbail"in rəqibi isə Rumıniyanın "Universtitatya Krayova 1948" klubu olacaq.
Hər iki klubumuz ilk oyununu evdə keçirəcək.
***
UEFA "Neftçi” və "Speranta” klubları arasında Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununun Azərbaycanda deyil, Moldovada baş tutacağı barədə qərar qəbul edib.
Görüş iyulun 11-də keçiriləcək. Cavab matçı isə ayın 18-də "Bakcell Arena”da olacaq.