Futzal yığmamız bu gün AÇ-də ilk oyununa çıxır
19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirəcək.
Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, Sloveniyanın Podçetrtek İdman Sarayında komandamız Kipr futzalçıları ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunu Marko Rotenfluh (İsveçrə), İvo Tsenov (Bolqarıstan) və Damian Yaruçieviçdən (Polşa) ibarət hakimlər briqadası idarə edəcək.