Məşhur futbolçunun ailəsində ACI GÜN
Türkiyənin Beşiktaş futbol komandasının unudulmaz oyunçularından Ali Gültiken anasını itirib.
GunAz.az Türkiyə KİV-nə istinadən bildirir ki, bu barədə Beşiktaş Klubu açıqlama verib: “Makbule Gültikenə Allahdan rəhmət, ailəsinə, yaxınlarına və sevənlərinə başsalığı diləyirik”.
Makbule Gültikenin cənazəsi bu gün Ataköy məscidində cənazə namazından sonra torpağa tapşırılacaq.