PSJ türk futbolçuyla müqavilə imzaladı

PSJ türk futbolçuyla müqavilə imzaladı

PSJ əvəzedici komandasında forma geyinən futbolçusu Metehan Güçlü ilə peşəkar müqavilə imzalayıb.

GunAz.az xəbər verir ki, Paris təmsilçisi 19 yaşlı forvardla 2022-ci ilin yayına qədər sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bundan əvvəl PSJ-nin B komandasının şərəfini qoruyan Metehan, Paris təmsilçisinin yetirməsidir. Metehan Türkiyənin 19 yaşadək futbolçulardan ibarət milli komandasının da üzvüdür.

скачать dle 12.1
Geri qayıt