Əsas millimizin baş məşqçisi Yurçeviç olacaq? - Özü açıqladı

Əsas millimizin baş məşqçisi Yurçeviç olacaq? - Özü açıqladı

Hələ ki, heç nə deyə bilmərəm. Danışıqlarımız hələ bitməyib.

GunAz.az-in məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçi postuna namizəd olan Nikola Yurçeviç deyib.

Xorvatiyalı mütəxəssis digər sualları da cavablandırıb...

Azərbaycan yığmasında Avro-2020-yə yüksələcək potensial görürsünüz?

- Hələlik heç nə deyə bilmərəm. Bizim danışıqlar hələ ki, davam edir. Danışıqlar bitəndən sonra bu barədə danışmaq olar.

Danışıqlar nə zaman bitəcək?

- Yəqin ki, bir neçə gün ərzində danışıqlar yekunlaşacaq.

Bu gün meydanda Azərbaycan milli komandasının bir çox üzvü çıxış edirdi. Həmin oyunçularla hansı nəticəni əldə etmək olar?

- Bəzi oyunçuları bundan əvvəl də tanıyırdım və oyunlarını izləmişəm. Fikrimcə, oyunçuların bacarıqları və keyfiyyətləri yetərincədir.

скачать dle 12.1
Geri qayıt