“Zirə” botsvanalı futbolçunu transfer etdi
“Zirə” Peşəkar Futbol Klubu yeni futbolçu ilə müqavilə bağlayıb.
GunAz.az xəbər verir ki, botsvanalı Mfo Kqasvane ilə 6 ay + 1 illik müqavilə bağlanılıb.
24 yaşlı hücumçu daha əvvəl ölkəsinin “Qaborone Yunayted” və CAR-ın “Baroka” klublarında çıxış edib. Kqasvane Botsvana milli komandasının da üzvüdür.