"Qarabağ" Macarıstan klubuna uduzdu
Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün qardaş ölkədə ilk yoxlama oyununu keçirib.
GunAz.az-ın məlumatına görə, Ağdam təmsilçisi Macarıstanın "Uypeşt" klubu ilə qarşılaşıb və minimal hesabla uduzub - 0:1.
Qeyd edək ki, "Qarabağ" əslində Antalyada ilk yoxlama oyununu yanvarın 12-də Rumıniyanın "Botoşani" klubuna qarşı keçirməli olsa da, güclü yağış səbəbindən matç ləğv olunmuşdu.
Xatırladaq ki, Qurban Qurbanovun komandası "Uypeşt"lə oyundan başqa, daha 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdamlılar yanvarın 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla üz-üzə gələcək.