Fabreqas "Çelsi"dən getdi

Fabreqas "Çelsi"dən getdi

İspaniyalı futbolçu Sesk Fabreqas İngiltərənin "Çelsi" klubundan Fransa çempionatının komandası "Monako"ya keçib.

GunAz.az-ın məlumatına görə, bu barədə "Monako"nun mətbuat xidməti xəbər yayıb.

İspaniyalı yarımmüdafiəçi ilə bağlanan müqavilə 2022-ci ilə qədər nəzərdə tutulub. Müqavilənin təfərrüatları açıqlanmır.

Qeyd edək ki, Fabreqas "Çelsi"də 2014-cü ildən çıxış edir. Komandanın heyətində o 198 oyun keçirib, 22 qol vurub və 57 məhsuldar ötürmə edib.

İspaniya millisində futbolçu 110 oyun keçirib və 15 qola imza atıb.

скачать dle 12.1
Geri qayıt