“Zirə” və “Sumqayıt” futbolçularını dəyişdilər

“Zirə” və “Sumqayıt” futbolçularını dəyişdilər

“Zirə”də gözlənilən ayrılıq gerçəkləşib.

GunAz.az xəbər verir ki, qəsəbə klubu Adil Nağıyevlə vidalaşıb.

Müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Adil Nağıyev bundan sonra karyerasını “Sumqayıt”da davam etdirəcək. O, yeni klubu ilə 1,5 illik müqavilə bağlayıb.

Futbolçu “Zirə”də olduğu kimi, yeni komandasında da beş nömrəli forma ilə çıxış edəcək. 

“Zirə” isə qarşı tərəfdən müdafiəçi Bəxtiyar Həsənalızadəni heyətinə qatıb.

Futbolçu 1,5 illik müqaviləyə imza atıb. O, “Zirə”də 14 nömrəli forma ilə çıxış edəcək.

скачать dle 12.1
Geri qayıt