Makqreqorun israrı - Həbib döyüşəcəkmi?

Makqreqorun israrı - Həbib döyüşəcəkmi?

Qarışıq döyüş növləri üzrə irlandiyalı idmançı Konor Makqreqor UFC-nin rəhbəri Deyn Uaytla görüşü zamanı Həbib Nurməhəmmədovla revanş istədiyini deyib.

GunAz.az Publika-ya istinadən bildirir ki, İrlandiyalı boksçu Nurməhəmmədovla yenidən rinqdə görüşməkdə israrlıdır. Konor bu barədə UFC-nin rəhbəri ilə 1 saata yaxın söhbət etdiyini bildirib.

Xatırladaq ki, oktyabrın 6-da qarışıq döyüş növlərinin UFC 229 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib. Nurməhəmmədov 4-cü raundda irlandiyalı rəqibini boğucu fəndə salaraq məğlub edib və yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.

Döyüşdən sonra Həbib Nurməhəmmədovla Makreqorun komandası arasında dava düşüb. Mühafizəçilərin müdaxiləsindən sonra onları bir-birindən ayırmaq mümkün olub.

скачать dle 12.1
Geri qayıt