Azərbaycanlı təmsilçi çempion oldu

Azərbaycanlı təmsilçi çempion oldu

Polşanın paytaxtı Varşavada “Qran-pri” seriyasından olan “Poland Open” turniri başa çatıb. 

GunAz.az-ın məlumatına görə, yarışda Azərbaycanı təmsil edən qadınlardan ibarət yığmanın lideri Mariya Stadnik (50 kq) qızıl medal qazanıb.

M.Stadnik (50 kq) həlledici görüşdə ötən il Avropa çempionatının finalında məğlub etdiyi (10:0) ukraynalı Ilyona Semkivlə qarşılaşıb. 

Finaladək bütün görüşlərində rahat qələbə qazanan Stadnik son qarşılaşmada da rəqibinə aman verməyib - 13:2. 

Beləliklə, Mariya daha bir yarışda çempion olub.

скачать dle 12.1
Geri qayıt