Maradona baş məşqçi oldu
Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona Meksikanın “Dorados de Sinaloa” klubunun baş məşqçisi olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun Tvitter səhifəsində yazılıb.
Xatırladaq ki, Maradona sonuncu dəfə “Əl-Fucayra” klubunun məşqçisi olub. O, bu postu apreldə tərk edib. Daha sonra Maradona Brest “Dinamo”sunun idarə heyətinin sədri olub.