Azərbaycanlı futbolçuun Latviyada 5 qolu
Futbol çempionatının I liqasında XIV turun oyunları keçirilib.
GunAz.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun çıxış etdiyi “Dauqavpils” səfərdə “Auda” ilə qarşılaşıb. Oyun futbolçumuzun komandasının 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Vüqar meydana start heyətində çıxıb və sonadək oynayıb. O, komandasının 5 qoluna imza atıb. Əsgərov 7, 31, 35, 54 və 67-ci dəqiqələrində fərqlənib.
Cari mövsümdə vurduğu qolların sayını 18-ə çatdıran Vüqar bombardirlər yarışına başçılıq edir.
Qeyd edək ki, “Dauqavpils” 14 turdan sonra 31 xalla 12 kollektiv arasında ikinci pillədə qərarlaşıb.(Fanat.Az)