"Qarabağ"ın Avroliqadakı rəqibi bəlli oldu

"Qarabağ"ın Avroliqadakı rəqibi bəlli oldu

Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının play-off mərhələsindəki rəqibi məlum olub.

GunAz.az xəbər verir ki, təmsilçimizin rəqibi Moldovanın “Şerif” klubudur. Belə ki, “Şerif” UEFA Avropa Liqasının III təsnifat mərhələsində İslandiyanın "Valür" komandasına qalib gələrək növbəti mərhələyə yüksəlib.


Qeyd edək ki, “Qarabağ” – “Şerif” klubları arasında ilk oyun avqustun 23-də keçiriləcək. Cavab qarşılaşması isə avqustun 30-da olacaq.

скачать dle 12.1
Geri qayıt