“Real Madrid” müsəlmanlara görə loqonu dəyişdi – FOTO
Kriştiano Ronaldonu “Yuventus”a satmaqla geniş miqyasda güc itirən “Real Madrid” önəmli qərar qəbul edib.
GunAz.az xəbər verir ki, Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misir kimi ölkələrdə çox sayda forma satan “Real Madrid” satış rəqəmini artırmaq üçün loqoda olan xaç işarəsini ləğv edib.
Bu addım klubun yeni mövsüm formalarının mətbuata sızması ilə ortaya çıxıb.