DÇ-2018-də günün oyunları

DÇ-2018-də günün oyunları
Bu gün dünya çempionatında daha 3 oyun keçiriləcək.
Gunaz.az-ın məlumatına görə, ilk olaraq C qrupunda ikinci turun matçları oynanılacaq.

Saat 16:00-da meydana Danimarka və Avstraliya yığmaları çıxacaq. "Samara Arena"da keçiriləcək oyunu İspaniyalı Antonio Matyö Lahoz idarə edəcək. 

Saat 19:00-da isə Fransa və Peru yığmaları üz-üzə gələcək. "Yekaterinburq Arena"da keçiriləcək matçı Birləşmiş Ərəb Əmirliklərindənolan hakim Məhəmməd Abdulla Məhəmməd idarə edəcək. 

Günün son matçında isə Argentina və Xorvatiya yığmaları görüşəcək. Saat 22:00-da başlayacaq oyun "Nijni Novqorod" stadionunda keçiriləcək. Matçı Özbəkistanlı Ravşan İrmatov idarə edəcək. 
скачать dle 12.1
Geri qayıt