Rüşvət alan federasiya prezidenti istefa verdi

Rüşvət alan federasiya prezidenti istefa verdi
Qana futbolunda rüşvət qalmaqalı yaşanıb.
Gunaz.az Apasport.az-a istinadən məlumatına görə, yerli futbol federasiyasının prezidenti Kvesi Nyantakyi vəzifəsindən istefa verib.
Son vaxtlar rüşvət aldığı ilə bağlı iddialar ortaya atılan Nyantakyi Qana prezidenti Nana Akufo-Addo ilə görüşdən sonra istefa ərizəsini təqdim edib. Eyni zamanda FİFA-nın İdarə Heyətində də yer alan federasiya başçısı ölkə prezidentindən üzr istəyib.
скачать dle 12.1
Geri qayıt