"Qarabağ"dan ikinci transfer - RƏSMİ

"Qarabağ"dan ikinci transfer - RƏSMİ
Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” klubu ikinci transferini rəsmiləşdirib.

Gunaz.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi gənc futbolçu Rahil Məmmədovu heyətinə qatıb. Mərkəz müdafiəçisiylə 3 illik müqavilə imzalanıb. Komanda bundan öncə Filip Ozobiçi transfer etdiklərini açıqlamışdı.

Qeyd edək ki, Rahil Məmmədov son olaraq "Səbail"də çıxış edib. 

скачать dle 12.1
Geri qayıt