Kriştiano Ronaldo serial çəkəcək

Kriştiano Ronaldo serial çəkəcək

Ulduz futbolçu Kriştiano Ronaldo futboldan bəhs edən serialın rejissoru olacaq.

Gunaz.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Facebook Watch” sosial platforması gənclərin futbola olan marağını artırmaq üçün serial çəkəcək. Nyu-Yorkun ətrafında kiçik bir qəsəbədə qızlardan ibarət futbol komandasının başına gələn maraqlı hadisələrdən bəhs olunacaq. Beləliklə, serialın süjet xətti ilə izləyicələrə futbolun irqi, sosial, etnik mənsubiyyət kimi fərqlərdən asılı olmadığı sübut etmək məqsədi güdəcək.

Portuqaliyalı futbolçu Ronaldo isə serialın rejissorlarından biri olacaq və futbol kariyerasından təcrübələrini gənclərlə bölüşəcək.

Qeyd edək ki, hələlik serialın aktyor heyəti ilə bağlı məlumat yoxdur.

скачать dle 12.1
Geri qayıt