Azərbaycanın milli futbol komandasının rəqibi Ermənistanla oynayacaq

Azərbaycanın milli futbol komandasının rəqibi Ermənistanla oynayacaq

Yığmamızın Millətlər Liqasındakı rəqiblərindən Malta bir neçə yoldaşlıq görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, ada təmsilçisi Avstriyada təlim-məşq toplanışı keçəcək.

Rəqibimiz bu müddətdə Ermənistan, Gürcüstan və Moldova yığmaları ilə üz-üzə gələcək. 

Malta seçməsi mayın 29-da ermənilərlə, iyunun 1-də gürcülərlə, iyunun 4-də isə moldovalılarla oynayacaq. 

Bu haqda yerli futbol federasiyasının saytına baş katib Ancelo Çetkuti açıqlama verib. 

Xatırladaq ki, yığmamız Malta ilə sentyabrın 10-da səfərdə, oktyabrın 14-də isə evdə üz-üzə gələcək.

скачать dle 12.1
Geri qayıt